Xarici mediada Azərbaycanın təbliği üçün 10 milyon manat ayrılacaq
11 Noyabr 2022 12:11 İqtisadiyyatGələn ilin dövlət büdcəsindən xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrinin maliyyələşdirilməsinə ayrılan vəsait müəyyənləşib."Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında bildirib. Maliyyə naziri deyib ki, diaspor üçün dövlət büdcəsindən 13 milyon manat ayrılacaq. Eyni zamanda, xarici mediada Azərbaycan həqiqətlərinin təbliği üçün 10 milyon manat ayrılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31