Səfirliklər üçün nəzərdə tutulan vəsait 20 faiz artırılır
11 Noyabr 2022 12:08 İqtisadiyyat2023-cü ilin dövlət büdcəsindən beynəlxalq əlaqələrin inkişafı, səfirlik, konsulluqların maliyyələşdirilməsinə 470 milyon manat ayrılıb. Bu da təxminən 20% artım deməkdir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən Azərbaycan səfirliklərinin maliyyələşməsi 130 milyon manat təşkil edir ki, bu göstərici keçən illə müqayisədə 6-7 milyon manat artıqdır: "Biz xüsusi olaraq, beynəlxalq aləmdə aktivliyimizi artırmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31