Polad məftillər 2027-ci ilədək gömrük rüsumundan azad edilir
5 Noyabr 2022 20:51 İqtisadiyyatNazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, qərara əsasən, metal səthlərinin aşındırılması üçün preparatlar (aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar) və silisiummanqanlı poladdan məftillər 30 sentyabr 2027-ci il tarixinədək 5 faiz idxal gömrük rüsumundan azad edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31