Saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınır
12 İyul 2013 14:47 İqtisadiyyatMəlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta 175 min metr elektrik kabel və naqillər aşkar edilərək satışı dayandırılmışdır.
Satışı dayandırılmış saxta elektrik kabel və naqilləri Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31