Pensiyaların artırılması əhalinin itkilərini təmin edə biləcəkmi?-Deputat
3 Noyabr 2022 14:37 İqtisadiyyat"Əmək haqlarının, pensiyaların artırılması əhalinin itkilərini təmin edə biləcəkmi, yoxsa, yox? Bu suala cavab vermək lazımıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib. "Əslində bu, artım deyil, əhaliyə verilən kompensasiyadır. İnflyasiyadan danışılır, bunun səbəblərindən də danışmaq lazımdır. Bunu yaradan amillər sırasında monopoliya var, amma adı çəkilmir. Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur", - deputat vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31