Deputat süni qiymət artımından şikayətləndi
3 Noyabr 2022 14:38 İqtisadiyyat"Azərbaycanda kifayət qədər süni qiymət artımı var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib: "Biz nə qədər maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik. Deyirik ki, orta əmək haqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir. İnsanlar var ki, 300-400 manat ilə dolanır. Ona görə də belə insanları nəzərə almaq lazımdır. Eyni zamanda, dərman qiymətlərinə də nəzər yetirmək lazımdır. Digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir, bu, süni qiymət artımının qarşısını almaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31