Şikayətlərə görə səhiyyə xərcləri 2,2 dəfə artıb - Nazir

Dövlət büdcəsindən cari xərclər üçün nəzərdə tutulan vəsaitin həcmi artıb. "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib: "Bir müqayisəyə nəzər yetirək. 2017-ci illə müqayisədə cari xərclərimiz 11 milyard manat artıb. Bu xərclərdən elə səhiyyəni qeyd edək. Burada xərclərimiz 2,2 dəfə artıb. Bunun səbəbi səhiyyə xərclərimizin aşağı olması ilə bağlı şikayətlər idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31