Beynəlxalq Bankın 17 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - ÖZƏL

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 noyabr 2022-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Xidmətdən "Olaylar"a bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin sayı 17- dir. Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər: Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti; Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir; "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına  behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31