6 aylıq pozuntu
14.054 vergi ödəyicisi nağd hesablaşmaların aparılması qaydalarını pozub
11 İyul 2013 17:30 İqtisadiyyat2013-cü ilin yanvar-iyun ayları ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması kimi məsələlər üzrə yoxlamalar zamanı 27.607 vergi ödəyicisinin qanunvericiliyi pozduğu aşkar edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi xəbər yayıb.
Müəyyən olunub ki, 14.054 vergi ödəyicisi nağd hesablaşmaların aparılması qaydalarını pozub, 3.438 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul edib, alıb-satıb, yaxud da dəyişdirib, 1.553 vergi ödəyicisi vergi orqanlarında uçota durmadan fəaliyyət göstərib, 4.156 vergi ödəyicisi isə xüsusi razılıq tələb edilən fəaliyyət növləri ilə lisenziya almadan məşğul olub.
Operativ nəzarət tədbirləri zamanı 2.863 vergi ödəyicisinin 4.720 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 1.070 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 476 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayan 13.859 ədəd mal olduğu da aşkarlanıb.
Üzə çıxarılmış faktlarla bağlı qanuna müvafiq qaydada tədbirlər görülüb.