Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
25 Oktyabr 2022 17:10 İqtisadiyyat26 və 27 oktyabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
|
Notun müddəti (gün) |
ISIN |
Qeydiyyataalınmış məbləğ (manat) |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
|
28 |
AZ2021024701 |
30.000.000 |
26.10.2022 |
30.000.000 |
100 |
300.000 |
23.11.2022 |
|
84 |
AZ2022024700 |
30.000.000 |
26.10.2022 |
30.000.000 |
100 |
300.000 |
18.01.2023 |
|
168 |
AZ2023024709 |
30.000.000 |
27.10.2022 |
30.000.000 |
100 |
300.000 |
13.04.2023 |
|
252 |
AZ2024024708 |
30.000.000 |
27.10.2022 |
30.000.000 |
100 |
300.000 |
06.07.2023 |
Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyrirəqabətli) olmamalıdır. Bir bank tərəfindən verilmiş rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır və qeyri-rəqabətli sifarişinin həcmi rəqabətli sifarişinin həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Hərrac zamanı təqdim edilən rəqabətli sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış
hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata
keçiriləcəkdir
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
