2023-cü ildə ehtiyac meyarı 246 manat olacaq
25 Oktyabr 2022 12:20 İqtisadiyyatGələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək. "Olaylar" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.Sənəddə bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31