Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar müəyyənləşib

2023-cü il dövlət büdcəsində neftin 1 barelinin qiyməti müəyyənləşib. "Olaylar" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Qanun layihəsinə görə, neftin 1 barelinin qiyməti 50 dollar müəyyənləşib. Sənəddə bildirilib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31