Mərkəzi Bank bu həftə uçot dərəcəsi barədə qərarı açıqlayacaq
25 Oktyabr 2022 10:53 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-də mətbuat konfransı keçirəcək.
Olaylar.az bildirir ki, bankın İdarə heyətinin sədri Taleh Kazımov tədbir zamanı uçot dərəcəsi barədə qərarı açıqlayacaq.
Qeyd edək ki, AMB-nin sentyabrın 16-da keçirilmiş son iclasında uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərara alınmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz, aşağı həddi 4 faiz səviyyəsində müəyyən edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31