Sorosdan şok bəyanat: “3 gün qaldı..

“Avropanın avronu xilas etməsi üçün cəmi üç gün vaxtı qalıb”.

Lent.az-ın məlumatına görə, məşhur maliyyəçi Corc Soros bu barədə "Bloomberg" agentliyinə verdiyi müsahibəsində deyib. Almaniya kansleri Angela Merkeli kəskin tənqid edən milyarder bildirib ki, onun siyasəti Avropanı səhv istiqamətə, fəlakətə aparır. "Yunanıstan və Avrozonanın böhran keçirən başqa dövlətləri üçün iqtisadi artım lazımdır, daha Merkelin iddia etdiyi kimi büdcə kəsirlərini qapatmaq yox. Əgər ayın 28-nə kimi, Avropa İttifaqının sammiti öz işinə başlayanadək həll yolu tapılmazsa, avronu fəlakət gözləyir" - deyə, Soros bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31