Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb
21 Oktyabr 2022 19:13 İqtisadiyyatBolqarıstanda təbii qazın daxili istehlakının təxminən üçdə bir hissəsi Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin olunur.
Olaylar.az bildirir ki, bu barədə Trend-ə bu gün ICGB operator şirkətindən bildiriblər.
"İnterkonnektorun ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və bunun yarısından çoxu 25 illik müqavilələrlə rezerv olunub. Qalan həcmlər Avropanın iki aparıcı hərrac məkanı olan PRISMA və RBP-də təklif olunur".
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-dən istifadəyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31