Dövlət büdcəsinin xərcləri açıqlandı

2022-ci ilin doqquz ayı ərzində dövlət  büdcəsinin mədaxili 22 milyard 401,4 milyon manat, xərcləri 20 milyard 470,7 milyon manat olub, 1 milyard 930,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı yaranıb. Maliyyə Nazirliyindən "Olaylar-a verilən məlumata görə, ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31