Rusiyada 6 ay ərzində 2,5 milyondan çox planşet satılıb
11 İyul 2013 20:13 İqtisadiyyat2013-ün ilk yarım illiyində planşet bazarının həcmi 2,6 milyon olub ki, bu da ötən ilin müvafiq göstəricisini 239% ötür. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sözügedən bazarın həcmi pul baxımından 131% artaraq 33,1 milyard rubl olub. Rusiyada satılmış hər dördüncü planşet Cənubi Koreyanın "Samsung" şirkətinin payına düşür. Lakin pul baxımından liderlik Amerikanın "Apple" korporasiyasına məxsusdur. "Android" ən məşhur əməliyyat sistemi olaraq qalır: onun bazar payı 76% təşkil edir. "iOS"-un payı 19%-dir, "Windows Phone" platformasının payı hələlik 0,5%-dən azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31