Saxta mallar satışda
25 İyun 2012 19:11 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nizami rayonunda - B.Nuriyev küçəsi, ev 67 ünvanında yerləşən "Şamxal market"də; Nərimanov rayonunda - N.Nərimanov küçəsi, ev 5, mənzil 47 ünvanında Elvin Quluzadəyə məxsus mağazada; Xətai rayonunda - Q.Məmmədova küçəsi, ev 5 ünvanında yerləşən "Ailə market"də; - Cavanşir küçəsi, ev15C ünvanında Tamaşa Mehdiyevaya məxsus mağazada; Yasamal rayonunda -Şərifzadə küçəsi, ev 80 ünvanında Sona Hüseynovaya məxsus mağazada; saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Nizami rayonunda - B.Nuriyev küçəsi, ev 40C ünvanında yerləşən "Elgün market"də; -B.Nuriyev küçəsi, 55/57 ünvanında "Təbriz market"də; -Q.Qarayev prospekti, ev 49 ünvanında Müsafir Əliyevə məxsus mağazada; Yasamal rayonunda - Cəfərov qardaşları küçəsi, ev 53/23 ünvanında Orxan Bayramova məxsus mağazada; - Cəfərov qardaşları küçəsi, ev 49 ünvanında Abbas Əhmədova məxsus mağazada; - H.Cavid prospekti, 5 ünvanında Xanlar Qasımlıya məxsus mağazada; - M.Müşfiq küçəsi, ev 10 ünvanında yerləşən "Məhəllə market"də; -H.Cavid prospekti, 500 ünvanında yerləşən "Yaqub market"də; - Şərifzadə küçəsi, ev 124 ünvanında Rəhman Nəbiyevə məxsus mağazada; - H.Q.Mustafayev küçəsi, ev 52 ünvanında Kamal Heybətova məxsus mağazada; - Şərifzadə küçəsi, ev 117 ünvanında Yadulla Abdulova məxsus mağazada; Nərimanov rayonunda - Azadlıq prospekti, 150A ünvanında Baxşəli Nadirova məxsus mağazada; - Ə.Əliyev küçəsi, 14A ünvanında yerləşən "Nailə market"də; - Təbriz küçəsi, ev 99, mənzil 53 ünvanındakı "Real market"də; Xətai rayonunda - Cavanşir küçəsi, 15 ünvanında yerləşən "Bolluq market"də; - Cavanşir küçəsi, 15A ünvanında Əli Hüseynova məxsus mağazada; - Cavanşir küçəsi, 2944 ünvanında yerləşən "Milla market"də; - Cavanşir küçəsi, ev 25, mənzil 101 ünvanında yerləşən "Nigar market"də; - Q.Məmmədov küçəsi, 3/20 saylı evin yaxınlığında Yasəmən Abdullayevaya məxsus mağazada; saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Sumqayıt şəhərində 12-ci mikrorayon, Koroğlu prospektində Sərvər Hacıyevə məxsus mağazada; Abşeron rayonunda Masazır qəsəbəsi, Masazır şosesində Əskinaz Abbasova məxsus mağazada; Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Rasim Quliyevə məxsus mağazada; Balakən rayonunda Katex kəndində "Katex market"də; saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir. Ağcabədi rayonunda H.Əliyev prospektində Elhamin Sarıyevə məxsus mağazada; T.İsmayılov küçəsində Sovet Cəfərova məxsus mağazada; Gəncə şəhərində F.Bayramov küçəsində Azər Məmmədova məxsus mağazada; Biləsuvar rayonunda Nizami küçəsi, 59 ünvanında Namiq Bəhrəmova məxsus mağazada; Cəlilabad şəhərində -Azərbaycan küçəsində Cavid Əhmədova məxsus mağazada; isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 800 kiloqramdan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.