“Cücələrim” uşaq bağçasının yaxınlığında içki reklamı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.
Aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilmişdir.
Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı dayandırılmışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31