Yaxın aylarda Azərbaycanda pensiyalar artacaq
Pensiyaların təxminən 15-20% səviyyəsində artacağı gözlənilir
9 İyul 2013 19:34 İqtisadiyyatDövlət Sosial Müdafiə Fondu ölkə başçısına pensiyaların artırılmasına dair müvafiq təkliflərini verib və hazırda prezidentin bu barədə sərəncamı gözlənilir. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev "APA-Economics"ə bildirib ki, pensiyaların artırılması avqust, ən gec isə sentyabrda baş verəcək.
Qeyd edək ki, pensiyaların təxminən 15-20% səviyyəsində artması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31