Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Füzuli rayonunda bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verdi - FOTO
28 Sentyabr 2022 18:38 İqtisadiyyatBeynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində yerləşən Çərəkənd kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi.
Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy, Füzuli və Qazax rayonları ərazisində 18 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
IOM Azerbaijan officially handed over renovated kahrizes to local community in the Fuzuli district
IOM Azerbaijan officially handed over renovated Cherekend kahriz located in Shukurbeyli village of the Fuzuli district to the local community within the current IOM Project "Integrated Rural Development for IDP communities in Azerbaijan through Revitalization of Kahriz Water Supply System" financed by the Korea International Cooperation Agency (KOICA).
Within the project, IOM Azerbaijan has already renovated 18 kahrizes in Aghdam, Granboy, Fuzuli and Gazakh districts.
The project aims to provide safe and consistent water supplies for people in the region through the renovation of kahrizes - a traditional, sustainable water supply system.
The project's overall objective is to contribute to the prevention of forced economic migration by enhancing access of rural communities in Azerbaijan to energy-free water resources as a means to increase agriculture productivity and livelihoods through the provision of water infrastructure, by providing opportunities for income-generating activities in link with Kahriz renovation. The project continues to implement a community-driven approach, paying specific attention to cross-cutting issues such as gender, governance, and environmental sustainability.




