Türkiyə Palatalar və Birjalar Birliyi ilə qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb.

Olaylar.az bildirir ki, bu barədə nazir "Twitter" səhifəsində bildirib.

M.Cabbarovun sözlərinə görə, görüşdə dünən keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyəti qeyd edilib, ticarət əməkdaşlığının, biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Mustafa Rifat Hisarcıklıoğluna "Dostluq" ordeni təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31