Avropada bahalaşma güclənib: Bu ölkələrdə qiymət artımı ikirəqəmlidir
16 Sentyabr 2022 16:00 İqtisadiyyatBu ilin avqustunda avrozona ölkələrində illik inflyasiya 9,1% olub.
Avqustda isə aylıq inflyasiya 0,6 faiz təşkil edib.
Avropada yüksək enerji qiymətləri inflyasiyanı yüksəldən əsas amil kimi qiymətləndirilir. Ərzaq və enerji istisna olmaqla baza inflyasiya 4,3% olaraq müəyyən edilib.
Eurostatın məlumatlarına görə, Avropa İttifaqında 2021-ci ildə 3,2% olan inflyasiya avqustda 10,1%-ə yüksəlib.
Regionda ən aşağı bahalaşma Fransa (6,6%), Malta (7%) və Finlandiyada (7,9%), ən yüksək inflyasiya Estoniya (25,2%), Latviya (21,4%) və Litvada (21,1%) müşahidə edilib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31