Gələn il dövlət büdcəsindən azad olunmuş ərazilərin bərpasına 3 milyard manat ayrılacaq

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3000,0 milyon manat məbləğində olacağı proqnozlaşdırılır.

Olaylar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-dəxüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31