Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Sentyabr 2022 16:58 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) Vitse-Prezidenti Cənab Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
"OLAYLAR" xəbər verir ki. görüş zamanı İsrafil Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri , Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə AİB-in nümayəndə heyətinə geniş məlumat verərək, AiB-nin Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.
Asiya İnkişaf Bankının Vitse-Prezidenti Cənab Şiksin Çen Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirərək, AİB ilə Azərbaycan arasında gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.