Yüksək inflyasiya: Dollar yenidən BAHALAŞDI
14 Sentyabr 2022 12:13 İqtisadiyyatABŞ-da illik inflyasiyanın gözləniləndən yüksək olması dolları yenidən bahalaşdırıb.
Dünən ABŞ-da istehlak qiymətlərinin indeksi açıqlanıb. Bütün gözləntilərdə inflyasiyanın 8,1 faiz olacağı proqnozlaşdırıldığı halda faktiki inflyasiya 8,3 faiz olub ki, bu da qiymətlərin hələ də yüksək artım sürətinə sahib olduğunu göstərir.
Yüksək inflyasiyadan sonra birjalarda belə qənaət formalaşıb ki, ABŞ mərkəzi bankı funksiyasını yerinə yetirən FED faizləri daha çox artıracaq. Faizlərin daha çox artırılması isə dolları bahalaşdıracaq.
Bu gözlənti ilə əlaqədar dünəndən dollar bahalaşır və hazırda avro/dollar pariteti 1-dən aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31