Neçə ölkə ilə ticarətimiz var? – RƏQƏMLƏR

Bu ölkələrlə ticarət münasibətləri daha çox idxal hesabına yaranıb. 

Ticarət əməliyyatları apardığımız ölkələrin 156-dan idxal, 114-ə isə ixrac həyata keçiririk. 
Cəmi 3 ölkə Azərbaycanın xarici ticarətinin 50 faizdən çoxunu formalaşdırır. Bunlar İtaliya (36,8 faiz), Türkiyə (11,2 faiz) və Rusiyadır (6,2 faizi). Adıçəkilən 3 ölkənin cəmi ticarətdə payı 54 faizi ötür. 

Hindistan (3,9 faiz), Çin (3,8 faiz), İsrail (3,5 faiz), Birləşmiş Krallıqla (3 faiz) da ticarət dövriyyəsi böyükdür. 
 

Bunlardan başqa xarici ticarətin 2,2 faizi Yunanıstan, 2 faizi Almaniya, hər biri 1,7 faiz olmaqla Çexiya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Gürcüstan, İspaniya və Ukrayna, 1,5 faizi Portuqaliya, hər biri 1,2 faiz olmaqla İsveçrə və Qazaxıstan, hər biri 1,1 faiz olmaqla Tunis və ABŞ, 13,1 faizi isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31