Mağazalarda qiymətlər nəyə görə sabit qalmır?

Olaylar.az xəbər verir ki, ölkə ərazisində market qiymətləri qeyri-sabit şəkildə artıb, azalır. Vətəndaşlar hər gün müxtəlif qiymətlərlə qarşıladıqlarını iddia edirlər. Bu gün 1 manata ala bildiyimiz 2 litr su, sabah 1 manat 20 qəpiyə qalxır. Daha sonra qiymət yenidən düşür. Ekspertlərin sözlərinə görə, qiymətlərdə olan qeyri-sabitlik bahalaşma ilə əlaqədardır. Dünyada baş verən siyasi-iqtisadi böhran, qiymət artımı ölkəmizə də təsir göstərir. Həmçinin, bir çox rəsmilər artıq ərzaq qıtlığı haqqında mesajlar verməyə başlayıblar.

Süni qiymət artımı isə ölkənin hər yerində hökm sürür. Kiçik sahibkarlar yaranan vəziyyətdən istifadə edərək, məhsulların qiymətini   istədikləri  kimi dəyişib,alıcını aldada bilirlər.  Bu baxımdan alıcılara olduqca diqqətli olmaları tövsiyə edilir.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31