Bu ölkə azərbaycanlı qadın pilotun adına PUA istehsal etdi - FOTO

"Kazaxstan İnjinirinq" şirkəti Bakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və "Securex Caspian" 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində ən yeni müdafiə sənayesi məhsullarını təqdim edib.

Olaylar.az  xəbər verir ki, təqdim olunan qurğular sırasında "Leyla" adlı pilotsuz uçuş aparatı olub. Bu aparat aqrar və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış və xilasetmə işlərində istifadə oluna bilər.

PUA-ya "Leyla" adı Azərbaycanın və Qafqazın ilk qadın pilotu Leyla Məmmədbəyovanın şərəfinə verilib. O, Böyük Vətən müharibəsi illərində dörd mindən çox pilot və desantçıya təlim keçib.

PUA-nın uçuş sürəti 160 kilometr/saat, maksimal hündürlüyü 3,5 kilometr, uçuş müddəti 5 saat, fəaliyyət radiusu 80-100 kilometr təşkil edir. PUA 20 kiloqramadək yük qaldıra bilər.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31