Vergidən yayınanlar cəzalandırılıb
6 ay ərzində Tovuz, Ağstafa və Qazax rayonlarında 192 inzibati protokol tərtib edilib
8 İyul 2013 12:19 İqtisadiyyatNəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin 11 nömrəli "Regionalnəqliyyat" MMC Tovuz, Ağstafa və Qazax rayonlarında vətəndaşlara nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarət edir. Cəmiyyətdən AzərTAc-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında MMC tərəfindən nəqliyyat xidməti göstərən 2376 minik və yük maşını qeydiyyata alınıb, onlara fərqlənmə nişanı verilib, büdcəyə 47 min 222 manat vəsait ödənilib.
Cari ilin 6 ayı ərzində lisenziyası və digər sənədləri qaydasında olmayan hüquqi və fiziki şəxslər barəsində 192 ədəd inzibati protokol tərtib edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31