Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsi bərpa olunub
18 Aprel 2012 13:54 İqtisadiyyatBu gecə saat 03:24-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Yevlax stansiyasında yük qatarının Gürcüstana məxsus 4 refrijerator vaqonu relsdən çıxaraq aşıb.Nəticədə hər iki istiqamətdə qatarların hərəkətində fasilələr yaranıb."Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-ECONOMICS"ə verdiyi xəbərə görə, qatar Gürcüstandan gələn, tranzit olaraq Türkmənistana gedən yük daşıyırdı.Hazırda müvafiq qurumların köməyi ilə hadisə yerində aparılan təmir-bərpa işləri nəticəsində vaqon qaldırılıb, Bakı-Tbilisi və Tbilisi-Bakı sərnişin qatarları təyinatı üzrə yola salınıb.Təmir-bərpa işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31