Avropada qazın qiyməti 4 000 dolları keçə bilər - “Qazprom” rəhbəri

"Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, bu ilin payız-qış aylarında tələbatın pik həddə çatmasından sonra Avropada qazın qiymətinin min kubmetr üçün 4 min dolları keçmə ehtimalı var. 

Miller vurğulayıb ki, qaz qiymətlərinin yüksəlməsi şirkətin gəlirlərinin kəskin artmasına səbəb olub. Şirkət yüksək gəlirlə əlaqədar səhmdarlara rekord məbləğlərdə dividendlər ödəməyə hazırlaşır.
Qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Qazprom" 50 milyard dollara yaxın xalis mənfəət əldə edib. 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31