Hindistan buğda unu ixracına məhdudiyyət qoydu
26 Avqust 2022 13:10 İqtisadiyyatHindistan hökuməti qida təhlükəsizliyi səbəbi ilə buğda unu ixracını məhdudlaşdırmaq qərarına gəlib.
Bu barədə qərar Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə Nazirlər Kabinetinin iqtisadi əlaqələr komitəsinin iclasında qəbul edilib.
"Buğda ununun ixracına məhdudiyyət qoyulmaqla unun artan qiymətinin qarşısı alınacaq və cəmiyyətin ən həssas təbəqələrinin ərzaq təhlükəsizliyi təmin olunacaq", - qərarda deyilir.
Qeyd edək ki, qlobal buğda ticarətinin təxminən 25-30 faizini təşkil edən Ukrayna və Rusiya arasında böhran səbəbindən qlobal buğda tədarükü zəncirindəki fasilələr Hindistan buğdasına tələbatı artırıb.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31