Ekspertdən ərzaq böhranı ilə bağlı ilginc açıqlama: “Məqsəd dünya əhalisini azaltmaqdır”

"Dünyada ərzaq qıtlığı yoxdur, süni yaradılmış ərzaq böhranı var".

Bunu sosioloq Elçin Bayramlı deyib.

O, bu istiqamətdə bir neçə fakt sadalayıb:

"İlk növbədə dünyanın hazırkı ərzaq istehsalı ən azı 15 milyard insanı təmin edəcək gücdədir. İkincisi, ABŞ-da ərzağın 50 faizi, Avropa İttifaqında 40 faizi zibilliyə atılaraq zay edilir. Təkcə ABŞ və Britaniyada israf olunan ərzaqla dünyadakı 1 milyard acı doydurmaq mümkündür. O cümlədən, spirt istehsalına sərf olunan taxıl qidaya sərf olunan taxıldan çoxdur. 2 milyard adam normadan 2-3 dəfə çox yeyir, 2 milyard adam normadan 2-3 dəfə az - 1 milyard adam isə acdır".

Ekspert bildirib ki, bunun səbəblərini isə "qlobal mütəxəssislər" uzun illərdir vurğulayırlar:

"Onlar məsələni bu cür izah edir: dünya əhalisi çoxdur və bütün imkanlarla kəskin azaldılmalıdır. Məqsəd yeni dünya nizamı, yəni "qlobal zombi imperiyası" yaratmaq və qalan azsaylı insanları bir kompüterdən idarə etməkdir".

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31