ARDNŞ ötən ay 12 min metrdən çox qazma işi həyata keçirib
4 İyul 2013 20:46 İqtisadiyyat2013-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 224 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 022 metri istismara, 1202 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 83334 metr qazma işi görülüb ki, bunun da 78 098 metri istismara, 5236 metri kəşfiyyata aid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31