"Qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcəyik" - Rosen Xristov

Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək.

Olaylar.az bildirir ki, bunu ölkənin energetika naziri Rosen Xristov deyib.

Onun sözlərinə görə, Bolqarıstan bütün qış dövrü üçün kifayət edə biləcək həcmləri almaqda davam edəcək.

"Əsas məsələ qiymətlə bağlıdır. Səylərimiz rəqabətli qiymətlərlə boru kəməri qazının sistemli tədarükünü təmin edə biləcək ortamüddətli müqavilələrin imzalanmasına yönələcək. Hazırda bizi narahat edən tədarük həcmləri yox, qiymətlərin daimi artım tendesiyasıdır", - deyə nazir bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31