Əməkhaqqı fondu 16 faiz artıb
22 Avqust 2022 13:40 İqtisadiyyat2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daima artması dayanır. Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31