Regionlara kredit qoyuluşu azalıb
4 İyul 2013 16:01 İqtisadiyyatCari ilin ilk beş ayda ölkə üzrə kredit qoyuluşunun 12%-dən çoxu regionların payına düşüb. Bu barədə Mərkəzi Bankdan verilən məlumata görə, hesabat dövründə cəmi kredit qoyuluşu 13 mlrd. 406 mln. 321 min manat təşkil edib ki, onun da 11 mlrd. 774 mln. 800 min manatı Bakı şəhəri üzrə olub.
Bu müddətdə regionlar üzrə ən az kredit 10 mln. 547 min manat olmaqla Kəlbəcər-Laçın iqtisadi rayonu, ən çox isə 545 mln. 454 min manat olmaqla Aran iqtisadi rayonu üzrə qoyulub. Regionlarda kreditlər üzrə ən yüksək orta faiz dərəcəsi 22,7% olmaqla Lənkəran iqtisadi rayonu, ən aşağı orta faiz dərəcəsi isə 10,8% olmaqla Naxçıvan iqtisadi rayonu üzrə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31