7 ayda sosial ödənişlər 3 mlrd. 823 mln. manat təşkil edib
18 Avqust 2022 16:30 İqtisadiyyatSosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası davam edir. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31