Daha dörd gəmi Ukraynadan yola düşdü - FOTO

Ukrayna limanlarından taxılın daşınması planlaşdırıldığı kimi davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, taxılla yüklənmiş daha dörd gəmi Ukraynanı tərk edib.

Bu çərçivədə bu gün səhər saatlarından etibarən günəbaxan unu, günəbaxan yağı və qarğıdalı daşıyan daha dörd gəminin Odessa və Çernomorsk limanlarından yola düşdüyü qeyd edilib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31