Hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir. Xidmətdən "Olaylar"a bildirilib ki, növbəti hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31