9 min metr saxta kabel satışdan çıxarılaraq təkrar emala göndərilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.
Xəbər verilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, 10 B ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə aparılan yoxlama zamanı satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb.
Satışı dayandırılmış saxta elektrik kabel və naqilləri Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31