Onlayn nəzarət-kassa aparatlarının tətbiqi genişləndirilir
15 Avqust 2022 11:35 İqtisadiyyatDövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 67.755 ədəd yeni nəsil NKA quraşdırılıb. Xidmətdən "Olaylar"a bildirilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31