Maşın almaq istəyənlərin NƏZƏRİNƏ!: Qiymətlər bahalaşır - VİDEO
8 Avqust 2022 12:05 İqtisadiyyatBir vaxtlar həm avtomobil, həm də alıcı ilə qaynayan bazarda indi sakitlik hökm sürür. Satıcılar deyirlər ki, son aylar bazarda, demək olar ki, alıcı yoxdur. Kifayət qədər adam gəlir, maraqlanır, gedir. Amma maraqlananlar maşın almadan bazardan çıxırlarsa, onları alıcı adlandırmaq olmaz.
Olaylar.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, satıcılar benzinlə işləyən avtomobillərin qiymətinə nisbətən dizel yanacağı ilə işləyən avtomobillərin qiymətinin artdığını da deyirlər.
Satıcılar bildirdilər ki, Aİ-95 markalı benzin bahalaşdıqdan sonra hibrid və dizel mühərrikli avtomobillərin satışında canlanma müşahidə olunur. Böyük həcmli mühərriki olan avtomobillərin isə qiyməti çox, alıcısı isə azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31