“BÜCÜRÜK” uşaq geyimləri mağazasında saxtakarlıq

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov 2 ünvanında fəaliyyət göstərən "Tekhan Gida Giyim Hayvancılık Turizm Sanayi və Ticarət Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus "BÜCÜRÜK" uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilmişdir. Belə ki, satışda olan mallara endirim tətbiq olunması barədə mağazanın giriş hissəsində reklamlar yerləşdirilsə də, mallara endirim tətbiq edilmədiyi, habelə yayımlanan reklamlarda yalnız xarici dildən istifadə edildiyi müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və mağazanın məxsus olduğu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılaraq 2,8 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31