Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti Şimali Kipr prezidenti ilə görüşüb - FOTO
3 Avqust 2022 22:57 İqtisadiyyatŞimali Kiprdə səfərdə olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin üzvləri Prezident Ersin Tatar və birinci xanım Sibel Tatar ilə görüşüblər.
Olaylar.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ersin Tatar görüşdə qardaş Azərbaycan xalqının Qarabağ müharibəsindəki şanlı Zəfərinin böyük sevinc hissi doğurduğunu bildirib. O, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının Şimali Kiprdə yaşayan türklər tərəfindən sonsuz məmnunluqla qarşılandığını vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva eyni soy-kökə sahib olan Şimali Kipr və Azərbaycan xalqlarının qarşılıqlı mədəni əlaqələrinin inkişafı üçün atılan addımların önəmini qeyd edib.
Sonra qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.





