Rusiyanın daha bir şəhərindən Bakıya reyslər açılır

Rusiyanın "Utair" aviaşirkəti iyulun 28-dən etibarən Samaradan Bakıya uçuşlar yerinə yetirəcək.

Olaylar.az bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Samaradan saat 13:05-də, Bakıdan 16:05-də çıxacaq.

Uçuş müddəti 2 saat 20 dəqiqə davam edəcək.

mənbə: Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31