Avropada təbii qazın qiyməti 1900 dolları ötdü

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 900 dolları ötüb.

Olaylar.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 929 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 3 faiz artıb.
Ətraflı

Qeyd edək ki, ötən gün "Qazprom"un Avropaya qaz nəqlini azaltmaq qərarı fonunda təbii qaz 12 faiz bahalaşmışdı.

Xatırladaq ki, martın əvvlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

mənbə: Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31