Ukrayna taxılını daşıyan gəmilər bir neçə günə yola düşəcək - BMT
26 İyul 2022 12:59 İqtisadiyyatUkrayna taxılına dair razılaşmadan sonra taxılın Ukrayna limanlarından çıxış qrafiki bəlli olub. BMT baş katibinin sözçüsü gəmilərin bir neçə günə yola düşəcəyini bildirib.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, "Bloomberg"-in məlumatına görə, BMT rəsmisi razılaşmanı imzalayan tərəflərlə tez-tez təmasda olduqlarını söyləyib. O tərəflərin götürdükləri öhdəlikləri icra edəcəklərinə dair vədlərini təkrarladıqlarını deyib.
BMT rəsmisi daha sonra bildirib: "Türkiyə hökuməti müqavilənin bir hissəsi olan İstanbulda ortaq koordinasiya mərkəzi üçün yer ayırıb. Birgə koordinasiya mərkəzi gəmiçilik sənayesi ilə əlaqə quracaq və tezliklə gəmilər üçün ətraflı prosedurları dərc edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31