Azərbaycanda nə qədər kitab satılır? – Son 5 ildə satış 2 dəfə azalıb

Azərbaycanda ötən il kitab satışının dövriyyəsi 17,75 milyon manat, qəzet və jurnal satışının dövriyyəsi 20,72 milyon manat olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, hər iki mal qrupu üzrə satış dövriyyəsi kiçilib. Bir ildə kitab satışı 2 milyon manat, qəzet və jurnal satışı 3,2 milyon manat azalıb.

Dinamika döstərir ki, Azərbaycan adıçəkilən məhsullarının satışı davamlı azalır və ildən-ilə fərq bir qədər də böyüyür. Belə ki, 5 il əvvəlki göstəricilərlə müqayisədə kitab satışı təxminən 2 dəfə, qəzet və jurnal satışının həcmi isə 1,55 dəfə kiçilib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31